İran İslam Respublikası
İran (farsca: ایران) ya da İran İslam Respublikası (farsca: جمهوری اسلامی ایران) Qərbi-Asiyada dövlət.
Şimalda Ermənistan, Azərbaycan və Türkmənistanla, şərqdə Əfqanıstan və Pakistanla, qərbdə İraq və Türkiyə ilə sərhəddir.
Şimaldan Xəzər dənizi ilə, Cənubdan İran və Umman körfəzi ilə əhatə olunmuşdur.

Ərazi 30 ostana bölünmüşdür. Ostanlara rəhbərliyi Daxili İşlər Naziri tərəfindən təyin edilən ostandarlar edirlər. Ostanlar öz növbələrində şəhristanlara bölünürlər. Şəhristanların tərkibinə şəhərlər və digər ərazilər daxildirlər. Şəhristana rəhbərlik edən məmurlar bəzi yerlərdə təyin olunur, bəzən isə seçilirlər.
1975-ci ildən İranın paytaxtı Tehran şəhəridir. Buna kimi ölkənin paytaxtı İsfahan, sonra Qəzvin, Şiraz və Həmədan olub.
Ali hakimiyyət Dini liderə və ya İcraedici Şuraya məxsusdur. Qanunverici hakimiyyət Məclisə məxsusdur. Müasir İranda respublika (prezident və parlamentin seçilməsi) və teokratik idarə formasının cizgilərini tapmaq olar. 1979-cu il və ondan sonra qəbul olunmuş Konstitusiyaya əsasən həyatın bütün təbəqələrinin əsasında İslam prinsipləri durmalıdır, buna görə də ölkəni yalnız dinə aid olan insanlar- ülləmalar idarə edəb bilərlər. Ali dini hakim (ömürlük seçilir) ölkədə qeyri-məhdud hakimiyyətə malikdir. Dini rəhbər daxili və xarici məsələlər üzrə ən adil hakim hesab olunur. Ali dini rəhbər həmçinin orduya rəhbər təyin etmə, müharibə və ya sülh elan etmə kimi səlahiyyətlərə malikdir.

Tarix
İslamdan öncəki dövr
İran ərazisinin məskunlaşması Alt paleolit dövrünə aid edilir. E.ə. III minilliyin əvvəllərində İranın cənubi-qərbində ilk sinifli cəmiyyətlər meydana gəlmiş, əvəlcə ayr-ayrı şəhər-dövlətləri yaranmış, sonralar Elat və e.ə. III minilliyin II yarısında Lullubilərin erkən quldarlıq dövlətləri mövcud olmuşdur. E.ə. təqribən 2200ildə Kutilər Sumer və Akkadı müvəqqəti zəbt etmiş Kassilər isə XVIII-XVI əsrlərdə Babilistanı ələ keçirərək e.ə. XIII əsrin sonuna kimi burada hökmranlıq etmişlər. E.ə. II minilliyin sonudan İran ərazisinə hind-iran dillərində danışan Hind-Avropa tayfalarının İran qrupundan olan ari (müasir İranın adı buradandır;" qədim İran dilində aquapat-“arilər ölkəsi” və ya padşahlığı deməkdir) tayfaları gələrək qərbi və mərkəzi rayonlarda məskunlaşdılar. İndiki İranın Xuzistan və Luristan ərazisini əhatə edən vilayətlərlə yanaşı e.ə. VII əsrə qədər İranın əsas əkinçilik rayonlarında sinifli cəmiyyətlər meydana gəlmişdir.
E.ə təqribən 673-672–ci illdə Assuriya (Aşşur) əleyhinə bağlanmış üsyan nəticəsində İran yaylasının şimal qərbində Midiya dövləti yarandı. E.ə 616-605-ci illərdə Midiya Babilistanla ittifaqda Assuriya, Manna, Urartunu və İran yaylasının çox hissəsini işğal etmişdir.
آدرس: تهران، تقاطع خیابان نواب و آذربایجان، جنب مترو نواب، برج گردون، طبقه اول، واحد 101 جنوبی اداری